COP29

Millimiz iki pillə irəlilədi – SİYAHI

28 İyun 2019 08:24 Olimpiya oyunları 521
Millimiz iki pillə irəlilədi – SİYAHI

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, geridə qalan 7-ci oyun günündə bir neçə növdə qaliblər müəyyənləşib.

Azərbaycan idmançıları yarışda ikinci qızıl medallarını qazanıblar. Sərbəst güləşçimiz Hacı Əliyev 65 kq çəki dərəcəsində bütün rəqiblərindən güclü olub.

Bundan əlavə daha bir gümüş medal qazanan komandamız ümumi sıralamadakı mövqeyini yaxşılaşdırıb və iki pillə irəliləyərək 15-ci pilləyə yüksəlib.

Millimizin aktivində 16 medal var – 2 qızıl, 5 gümüş, 9 bürünc. Ümumilikdə yarışlara qatılan 50 ölkədən 38-nin düşdüyü siyahıya Rusiya başçılıq edir.

Şimal qonşularımız bu vaxta qədər 72 medal qazanıblar (32, 16, 24). İkinci pillədə ev sahibi Belarus qərarlaşıb – 55 (19, 13, 23).

İtaliya isə 19 medalla üçüncüdür (8, 6, 5). Oyunlara bazar günü yekun vurulacaq.

1

Rusiya

32

16

24

72

2

Belarus

19

13

23

55

3

İtaliya

8

6

5

19

4

Ukrayna

7

11

9

27

5

Gürcüstan

6

7

11

24

6

Fransa

6

3

9

18

7

Macarıstan

4

5

3

12

8

Almaniya

4

4

7

15

9

Hollandiya

3

7

4

14

10

İsrail

3

3

0

6

11

Belçika

3

1

1

5

12

Sloveniya

3

0

1

4

12

İsveç

3

0

1

4

14

Portuqaliya

2

6

4

12

15

Azərbaycan

2

5

9

16

16

Rumıniya

2

2

4

8

17

Yunanıstan

2

2

3

7

18

İsveçrə

2

2

0

4

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!