COP29

Olimpiya Oyunları İtaliyada

26 İyun 2019 19:24 Olimpiya oyunları 399
Olimpiya Oyunları İtaliyada

Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2026-cı ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin açıqlayıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən toplantıda yarışın ev sahibi bəlli olub.

Səsvermə nəticəsində yarışın İtaliyada keçiriləcəyi bəlli olub. Milan-Kortina 47, İsveçin paytaxtı Stokholm isə 34 səs toplayıb.

İtaliya daha öncə 1956 və 2006-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.

Alp dağlarının ətəklərində yerləşən Kortina bölgəsi 1944-cü ildə dünya müharibəsinə görə, Qış Olimpiyadasını keçirə bilməmişdi.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!