COP29

"Minsk-2019": Lorenso Sotomayor 1/4 finala yüksəldi

25 İyun 2019 10:24 Olimpiya oyunları 296
"Minsk-2019": Lorenso Sotomayor 1/4 finala yüksəldi

Sportinfo.az xəbər verir ki, Azərbaycan boksçusu Lorenso Sotomayor "Minsk 2019" II Avropa Oyunlarında 1/4 finala yüksəlib.

69 kq çəki dərəcəsində yer alan kubalı legioner 1/8 finalda Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçə qalib gəlib - 4:1.

Sotomayor növbəti mərhələdə Patriot Behrami (Kosovo) ilə qarşılaşacaq. 1/4 final döyüşü iyunun 26-da baş tutacaq.

Lorenso Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudu.

Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) də "Minsk 2019"da məğlubiyyətsiz irəliləyir.

Xəbər Lenti