COP29

Azərbaycan gimnastları Avropa Oyunlarında 5-ci oldu

25 İyun 2019 09:36 Olimpiya oyunları 256
Azərbaycan gimnastları Avropa Oyunlarında 5-ci oldu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında batut gimnastikası yarışlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!