Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başladı

25 İyun 2019 00:50 Olimpiya oyunları 501
Azərbaycan badmintonçusu Avropa Oyunlarına qələbə ilə başladı

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, kişilərin şəxsi yarışında G qrupunda mübarizə aparan idmançı ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Ezmi Qovimuramadhon iyunun 25-də lüksemburqlu Robert Mann, 26-da qrupun rusiyalı Vladimir Malkovla qarşılaşacaq.

Store Neftchi
Xəbər Lenti
01:50 Emrah PAŞA