II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum oldu

25 İyun 2019 00:10 Olimpiya oyunları 560
II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum oldu

“Minsk 2019" II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum olub.

Sportinfo.az xəbər verir ki, qarışıq komandaların mübarizəsi 1/8 finaldan başlayacaq.

Azərbaycan yığması ilk qarşılaşmada Fransa ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

1/8 finalın digər cütləri belədir: Portuqaliya – İspaniya, Hollandiya – Rumıniya, Sloveniya – Ukrayna, Rusiya – Türkiyə, Polşa – Serbiya, Almaniya – Avstriya, Macarıstan – Belarus.

Store Neftchi
Xəbər Lenti
01:50 Emrah PAŞA