COP29

"Mən növbəti ay Azərbaycana uçacam, çünki orda..."

23 İyun 2019 19:48 Olimpiya oyunları 734
"Mən növbəti ay Azərbaycana uçacam, çünki orda..."

"Biz Bakıdakı təcrübədən istifadə etmişik.

Azərbaycan Avropa Oyunlarını möhtəşəm təşkil etdi, həmin oyunlar tarixdə öz yerini tutdu.

Bakı olduqca böyük təcrübə sahibi oldu. Növbəti ay mən Azərbaycana uçacam.

Çünki orda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Əminəm ki, həmin yarış mükəmməl şəkildə keçiriləcək".

Sportinfo.az xəbər verir ki, bunu II Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri Spiros Kapralos deyib.

Kapralos I Avropa Oyunları ilə bağlı verilən sual barədə danışarkən bunları deyib: “Bakıdakı Avropa Oyunları xüsusi idi. Hər bir şəhərin öz nüansları var.

Minsk də hər şeyi yüksək səviyyədə edir. Belarus artıq bir neçə dəfə böyük tədbirlər keçirib. İndi belarusların öz ölkələrini bütün Avropaya göstərmək üçün daha bir imkanı var.

Azərbaycandan fərqli olaraq Belarusda bütün obyektlər Avropa Oyunları üçün əvvəldən hazırdır və yenisi tikilmədi. Bununla belə, Minskdəki Oyunlar Belarus üçün böyük mirasdır”.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!