COP29

Leyla Əliyeva Minskdə idmançılarımızla görüşdü - FOTOLAR

23 İyun 2019 16:24 Olimpiya oyunları 397
Leyla Əliyeva Minskdə idmançılarımızla görüşdü - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.

Sportinfo.az xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.

Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub. Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib.

O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.













Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!