COP29

Belarus Azərbaycanın təcrübəsindən yararlanıb - FOTO

23 İyun 2019 11:48 Olimpiya oyunları 420
Belarus Azərbaycanın təcrübəsindən yararlanıb - FOTO

"İkinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri gərgin keçsə də, nəhəng tədbirə hazırlıq prosesi uğurla başa çatdırılıb.

Belarus ilk dəfədi ki, belə səviyyəli, çoxfunksiyalı yarışa ev sahibliyi edir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Belarus Milli Olimpiya Komitəsinin sədri, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Georgi Katulin Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, ikinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə olunub.

Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilatçıları, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslərlə sıx müzakirələr aparılıb.

Azərbaycanın bu sahədəki mütəxəssisləri Belarusda, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsində olub və təcrübələrini bölüşüblər.

G.Katulin vurğulayıb ki, II Avropa Oyunlarının açılış mərasiminin böyük məşqi artıq keçirilib. Atletlər Kəndində iştirakçı dövlətlərin bayraqlarının ucaldılması mərasimi də təşkil olunub.

II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçirilır. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!