COP29

Azərbaycan II Avropa Oyunlarında 4-cü medalını qazandı

23 İyun 2019 08:36 Olimpiya oyunları 347
Azərbaycan II Avropa Oyunlarında 4-cü medalını qazandı

Azərbaycan "Minsk 2019" II Avropa Oyunlarında dördüncü medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bürünc medala sahib olub.

Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb.

Daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə gümüş medal əldə edib.

Xəbər Lenti