COP29

"Minsk 2019": Millinin daha bir stend atıcısı qüvvəsini sınadı

23 İyun 2019 00:00 Olimpiya oyunları 436
"Minsk 2019": Millinin daha bir stend atıcısı qüvvəsini sınadı

Azərbaycanın “Minsk 2019” II Avropa Oyunlarında stend atıcılığı üzrə yeganə təmsilçisi Əli Hüseynli debüt edib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı idmançı trap növü üzrə təsnifat mərhələsində 68 xal toplayıb.

O, bu nəticə ilə 20-ci olub. Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov da II Avropa Oyunlarında debüt ediblər.

Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.

Xəbər Lenti