COP29

Böyük hədəf və planları var

22 İyun 2019 18:00 Olimpiya oyunları 454
Böyük hədəf və planları var

“Dövlətimiz və xalqımız Avropa Oyunları kimi nəhəng yarışa ev sahibliyi etdiyi üçün xoşbəxtdi.

Qonaqları layiqincə qarşılayacağımıza və yarışı yüksək səviyyədə təşkil edəcəyimizə əminəm”.

Sportinfo.az xəbər verir ki, bunu Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında belaruslu marafonçu Olqa Mazuryonok II Avropa Oyunları haqda danışarkən deyib.

Oyunların məşəlinin estafetində iştirak edən 30 yaşlı atlet Azərbaycanda baş tutan “Bakı 2015” I Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu xatırladıb:

“Ümid edirəm ki, biz də öhdəsindən gələcəyik və yaxşı keçirəcəyik. Sizləri burada görməkdən şadam. Hər kəsə uğurlar arzulayıram.

Bir çox idman növlərində favoritlərimiz var. Bütün təmsilçilərimizə azarkeşlik edəcəyik. Ümid edirəm ki, atletikada yüksək nəticlərimiz olacaq.

Sambo da bizdə yetərincə güclü sayılan idman növüdür. Stepan Popov I Avropa Oyunlarının qalibi olub. Bir çox idmançımızın qələbə qazanmaq şansı var”.

Ötən il Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında marafon qaçışı zamanı burnundan qan açılmasına baxmayaraq, yarışın qalibi olan Mazuryonok əsas hədəfinin Yay Olimpiya Oyunları olduğunu bildirib:

“Təəssüf ki, marafon növü Avropa Oyunlarının proqramına daxil edilməyib. Sentyabrda Dohada keçirilən dünya çempionatına hazırlaşıram.

Böyük hədəf və planlarım var. Hələlik olimpiya çempionu adını qazanamaq arzum elə arzu olaraq qalmaqdadır. Ancaq onu reallaşdıracağıma inanıram”.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!