COP29

Leyla Əliyeva: “II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi"

22 İyun 2019 15:36 Olimpiya oyunları 566
Leyla Əliyeva: “II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Minsk 2019" II Avropa Oyunlarına qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Görüş Atletlər Kəndində gerçəkləşib. İdmançılarla səmimi söhbət edən L.Əliyeva onlara Avropa Oyunlarında uğurlar arzulayıb.

Atletlər Kəndinin meri, Belarus təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə danışıb, azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Baş Nazirinin I müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

“II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi. Tədbir, təxminən, 3 saat sürdü. Ancaq elə bir hiss var ki, sanki bir nəfəsə oldu”.

Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, II Avropa Oyunlarının açılış mərasimi Belarus tərəfindən çox gözəl və sevgi ilə təşkil olunub:

“Proqramda Belarusun tarixi əks olunmuşdu. Fikrimcə, açılışa baxanlar bu ölkəyə daha da vuruldular”.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!