COP29

III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

22 İyun 2019 13:36 Olimpiya oyunları 368
III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Sportinfo.az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yarışa yeganə namizəd - Polşanın Krakov şəhəri ev sahibliyi edəcək.

Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!