COP29

Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi dayandı

22 İyun 2019 00:40 Olimpiya oyunları 372
Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi dayandı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.

Sportinfo.az xəbər verir ki, dörd idmançımız mübarizəyə qoşulub.

Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub.

Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrunda almaniyalı Elena Rixterlə qarşılaşacaq. Boksda isə üç idmançımız mübarizəyə start verib.

Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!