COP29

İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi

21 İyun 2019 10:24 Olimpiya oyunları 329
İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi

Sportinfo.az xəbər verir ki, II Avropa Oyunlarının məşəli yarışların keçiriləcəyi Minsk şəhərinə çatıb.

Biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva, avarçəkmə üzrə Olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova məşəli Belarus paytaxtının mərkəzi meydanına çatdırıblar.

Burada məşəl Minsk meri Anatoli Sivaka, Belarus Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifələrini icra edən Viktor Lukaşenkoya və idman və turizm naziri Sergey Kovalçuka təhvil verilib.

Avropa Oyunlarının məşəli mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılıb, oradan Monblan zirvəsinə, Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşaya keçib.

İkinci Avropa Oyunları iyunun 21-dən iyulun 1-dək Minskin “Dinamo” stadionunda keçiriləcək.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!