COP29

Şəfəq Hüseynli müstəqil müşahidəçilər qrupunda yer alacaq

21 İyun 2019 08:00 Olimpiya oyunları 443
Şəfəq Hüseynli müstəqil müşahidəçilər qrupunda yer alacaq

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Minsk 2019" II Avropa Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (WADA) müstəqil müşahidəçilər qrupuna daxil edilib.

Qurumdan Sportinfo.az-a verilən məlumata görə, WADA-nın müstəqil müşahidəçilər qrupunun heyəti AMADA-nın direktoru Şəfəq Hüseynli və Böyük Britaniya Antidopinq Təşkilatı, Velosiped idmanının Antidopinq Fondu, WADA-nın Avropa ofisini təmsil edən daha üç nəfərdən ibarətdi.

Ekspertlər oyunlara start verilməsindən bir neçə gün əvvəl işə başlayıblar.

Müşahidəçilər Avropa Oyunlarının antidopinq proqramının icrasına və antidopinq qaydalarına riayət olunmasına nəzarət edir, dopinq nəzarəti prosedurlarının təkmilləşdirilməsinə dair tövsiyyələrini verirlər.

II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq.

8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.

Xəbər Lenti