COP29

Paris Olimpiya Oyunlarında uçan taksilərdən istifadə ediləcək

21 İyun 2019 00:00 Olimpiya oyunları 366
Paris Olimpiya Oyunlarında uçan taksilərdən istifadə ediləcək

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib.

Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

Layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq.

Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!