COP29

Azərbaycan idmançıları II Avropa oyunlarına yola salındı

19 İyun 2019 12:00 Olimpiya oyunları 299
Azərbaycan idmançıları II Avropa oyunlarına yola salındı

Azərbaycan idmançıları və nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan mərasimdə respublikanın idman ictimaiyyətinin nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rəhbərliyi iştirak edib.

İdmançılar tədbirdə Oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də start götürəcək. Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunacaq. Oyunlara iyunun 30-da yekun vurulacaq.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!