Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan millisinin yolasalma mərasiminin vaxtı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Minsk-2019-da 80 idmançı ilə qatılacaq komandamızın birinci hissəsi iyunun 18-də səfərə yollanacaq.
Saat 04:35-də Belarusa gedəcək ilkin heyətə cüdo, boks və atıcılıq üzrə yığmalarımız daxildi. İyunun 21-də start götürəcək Minsk-2019 10 gün davam edəcək.
Qadın güləşçilərdən ibarət komandanın Minskdə təlim-məşq toplanışında olduğunu nəzərə alsaq, digər idmançılarımız həmin növ üzrə yarışların keçiriləcəyi ərəfədə Avropa Oyunlarına yollanacaq.

