2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına yeganə namizəd ölkə

6 İyun 2019 16:00 Olimpiya oyunları 1 142
2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına yeganə namizəd ölkə

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb.

Sportinfo.az-ın Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytına istinadən verdiyi məlumata görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib.

Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq.

Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!