Azərbaycanın reytinqinə növbəti xalları qazandırdılar - "Tokio-2020" üçün

28 May 2019 08:00 Olimpiya oyunları 426
Azərbaycanın reytinqinə növbəti xalları qazandırdılar - "Tokio-2020" üçün

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Elçin Əsədov və Samir Cəbrayılov mübarizə aparıb.

Müvafiq olaraq Ukraynanın “Lviv” və Belarusun “Minsk” kontinental klublarının velosipedçiləri Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.

Əsədov yarışı 8-ci, Cəbrayılov isə 10-cu pillədə başa vurub.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 49 lisenziya xalı qazanıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA