Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.
Sportinfo.az xəbər verir ki, bu vəsiqəyə atletikanın çəkicatma növündə Anna Skidan sahib olub.
O, Çinin Nanjinq şəhərində keçirilən IAAF World Challange Nanjing 2019 turnirində 72.92 m nəticə göstərərək 5-ci yerin sahibi olub. Bununla da Skidan 72,50 m-lik lisenziya normasını yerinə yetirib.

