Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında

18 May 2019 08:12 Olimpiya oyunları 486
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin iclasında

Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Həmçinin iclasa EOC prezidenti Yanez Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq qatılıb.

18-19 mayda Vyanada Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək.

Seminarın gündəliyinə qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA