“Minsk 2019” II Avropa Oyunlarının məşəli Belarusa gətirildi

14 May 2019 18:36 Olimpiya oyunları 518
“Minsk 2019” II Avropa Oyunlarının məşəli Belarusa gətirildi

“Minsk 2019” II Avropa Oyunlarının məşəli Belarusa gətirilib.

Sportinfo.az xəbər verir ki, məşəlin qarşılanma mərasimi Belarus-Poşa sərhəddindəki “Varşava körpüsü” beynəlxalq buraxılış məntəqəsində reallaşıb.

Brest şəhərində məhşəli ilk qəbul edən isə 100 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Yuliya Nesterenko olub.

Mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılan məşəl bu gün Bresti tərk edəcək və iyunun 21-dək Belarusun digər regionlarını gəzəcək.

Məşəl “Dinamo” stadionuna çatdırılana qədər ümumilikdə 8 ölkədə (İtaliya, Slovakiya, Sloveniya, Macarıstan, Avstriya, Çexiya, Polşa və Belarus) 55 yaşayış məntəqəsində olacaq.

7700 km məsafəni əhatə edəcək estafetdə 450 məşəlçi, 100 könüllü və 10 alov qoruyucusu iştirak edəcək.

“Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq.

8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA