Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilərin sayı artdı

27 Aprel 2019 00:50 Olimpiya oyunları 527
Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilərin sayı artdı

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı daha bir karateçi təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı II Avropa Oyunlarında Azərbaycanın 7 karateçisi mübarizə aparacaq.

Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq) .

II Avropa Oyunları 1-30 iyunda baş tutacaq. Karate yarışları 29-30 iyunda Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA