SİYAHI - Azərbaycan milli komandalarının rəqiblərini tanıyırsız?

19 Aprel 2019 10:48 Olimpiya oyunları 669
SİYAHI - Azərbaycan milli komandalarının rəqiblərini tanıyırsız?

Avropa gənclər olimpiya festivalının komanda növlərində qruplar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Bakı-2019-da 3 növ üzrə yarış keçiriləcək.

Bunlar voleybol, basketbol və həndboldu. Adları ilk 2 çəkilən növlərdə qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub.

Buna görə, püşkatma yalnız həndbolda keçirilib. Rəqabətdə ümumilikdə 8 komanda arasında keçiriləcək.

Oğlan voleybolçuların yarışlarında “A” qrupunda Azərbaycan millisi ilə bərabər, Almaniya, Rusiya, Belarus mübarizə aparacaq.

“B” qrupunda Çex Respublikası, İtaliya, Bolqarıstan və Belçika yer alıblar. Qızlarda “A” qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, “B” qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları var.

Basketbolçu oğlanlarda “A”-da Xorvatiya, Fransa, Serbiya və Azərbaycan , “B”-də İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri üz-üzə gələcəklər.

Qızlarda “A” qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, “B” qrupunda Çex Respublikası, Türkiyə, Macarıstan və Polşa yığmaları yer alıblar.

Püşkatmanın nəticələrinə əsasən, oğlan həndbolçularda Azərbaycan millisi “A” qrupunda Danimarka, Almaniya, Serbiya ilə qələbə uğrunda çıxış edəcək.

“B”-də mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya komandaları arasında olacaq.

Qızlarda “A”-da Fransa, Rumıniya, Niderland və İspaniya, “B” qrupunda isə Macarıstan, İsveçrə, Çex Respublikası və Azərbaycan milliləri qarşılaşacaqlar.

Voleybol

Oğlanlar

A qrupu: Almaniya, Rusiya, Belarus, Azərbaycan

B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika

Qızlar

A qrupu: Rusiya, Boqarıstan, Rumıniya, Azərbaycan

B qrupu: İtaliya, Türkiyə, Belarus, Almaniya

Həndbol

Oğlanlar

A qrupu: Danimarka, Almaniya, Serbiya, Azərbaycan

B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya

Qızlar

A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya

B qrupu: Macarıstan, İsveçrə, Çexiya, Azərbaycan

Basketbol

Oğlanlar

A qrupu: Xorvatiya, Fransa, Serbiya, Azərbaycan

B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva

Qızlar

A qrupu: İtaliya, Fransa, Rusiya, Belçika

B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa

21 - 27 iyulda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında ümumilikdə 50 ölkənin 2500-dək idmançısının iştirakı gözlənilir.

Festival 10 idman növü üzrə keçiriləcək: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA