İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) yeni prezidenti müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “facebook” səhifəsində yazıb.
İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Assambleyasında baş tutan prezident seçkisində şahzadə Abdulaziz bin Turki al-Faysal rəhbər posta seçilib.
O, 4 il müddətində bu vəzifəni tutacaq. Bir müddət əvvəl Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx İHİF-in prezidenti postundan istefa verib.

