Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırdı

5 Aprel 2019 08:24 Olimpiya oyunları 481
Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırdı

Sportinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA