Belarusda keçiriləcək "Minsk-2019" II Avropa Oyunlarında idmançıların dopinq testlərinə Avropa Olimpiya Komitələri (EOC) nəzarət edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Belarus Milli Antidopinq Agentliyinin direktoru Denis Mujjuxin məlumat verib.
Onun sözlərinə görə, II Avropa Oyunlarında iştirak edən idmançıların dopinq tesləri Vyana laboratoriyasına göndəriləcək:
"EOC laboratoriya nəticələrini alacaq və böyük ehtimalla Ümümdünya Antidopinq Agentliyi (WADA) nəticələri bilməyəcək. Nümunələr 10 il ərzində saxlanıla bilər".
“Minsk 2019” II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növündə 200 dəst medal uğurunda mübarizə aparacaq.
I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.

