Paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazanmaq şansını artırdı

25 Mart 2019 14:36 Olimpiya oyunları 480
Paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazanmaq şansını artırdı

Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında Dünya Kubokunda iştirak edib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın Pisa şəhərində keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı verən yarış təmsilçimiz üçün uğurlu alınıb.

Belə ki, A. Həsənova çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb. O, bununla lisenziyaya yiyələnmək şansını da artırıb.

Bu günə olan nəticələrə əsasən, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer və digər 1 kateqoriyada isə 12-ci yerdə qərarlaşıb.

31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA