FOTO - Prezident korrupsiya ittihamlarından sonra istefa verdi

23 Mart 2019 17:24 Olimpiya oyunları 597
FOTO - Prezident korrupsiya ittihamlarından sonra istefa verdi

Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti Tsunekadzu Takeda korrupsiya ittihamlarından sonra vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

O, Beynəlxalq Olimpiya Komitəsindəki (IOC) vəzifəsini də itirib. T.Takeda ittihamlara baxmayaraq, tezliklə təqsirli olmadığını sübut etmək niyyətindədi.

Yaponiyanın cüdo üzrə olimpiya çempionları Yasuxiro Yamasita və Kozo Tasima prezindet postuna əsas namizəd hesab olunurlar.

Fransanın "Le Monde" nəşri 2013-cü ildə Tokionun 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsinin gizli bank əməliyyatları ilə mümkün olduğunu yazıb.

İddia olunur ki, T.Takeda Afrika təmsilçilərinin səslərini qazanmaq üçün 2 milyon dollar rüşvət verib.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA