Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

10 Mart 2019 00:30 Olimpiya oyunları 562
Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirdi

Çinli qadın idmançı Lyu Xun 50 km məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı atlet ölkəsində keçirilən yarışda məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib.

O, bu göstəricidən sonra 50 km-i 4 saatdan daha az müddətdə başa vuran ilk qadın idmançı olub. Əvvəlki dünya rekordu 4 saat 4 dəqiqə 36 saniyə ilə digər çinli idmançı Lyan Juya məxsus idi.

Lyu Xun 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA