Bütün məkanlarda siqaret qadağan olunacaq - "Tokio-2020"nin

1 Mart 2019 16:00 Olimpiya oyunları 524
Bütün məkanlarda siqaret qadağan olunacaq - "Tokio-2020"nin

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının bütün məkanlarında siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan olunacaq.

Sportinfo.az xəbər verir ki, təşkilatçılar siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi yerləri də ləğv etməyi planlaşdırırlar.

"Tokio-2020"nin Təşkilat Komitəsindən bildirilib ki, ölkənin qanunu və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təlimatına əsasən, idmançılar, tamaşaçılar, vəzifəli şəxlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bu qərar qəbul olunub.

2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçiriləcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA