Avropa gənclərinin olimpiya festivalının başlanmasına 150 gün qalması münasibətilə “Hilton”da olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib.
Sportinfo.azı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov ölkəmizin mötəbər idman yarışlarına, o cümlədən 1-ci Avropa, 4-cü İslam həmrəyliyi oyunlarına, 42-ci ümumdünya şahmat olimpiadasına, Formula1, qitə və dünya çempionatlarına da yüksək səviyyədə ev sahibliyi etdiyini deyib:
"Bu qısa müddətdə görüləcək çox iş var. Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizdə yüksək səviyyədə keçiriləcək.
Avropa gənclərinin olimpiya festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan “Cırtdan” və “Bəbir” ictimaiyyətə təqdim edilib. Maskotlar cəmiyyətdə böyük maraqla qarşılanıb”

