Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına 150 gün qalır.
Sportinfo.az xəbər verir ki, rəsmi geri sayımın başlanması günü münasibətilə yarışın maskotları da təqdim edilib.
Festivalın rəmzi qəhrəmanları cırtdan və bəbir olacaq. Sayca 15-ci dəfə təşkil olunacaq festivalda 2500-ə yaxın idmançı iştirak edəcək.
Yarışla əlaqədar Bakıya rəsmi qonaq və turistlərin də gələcəyini nəzərə alsaq bu rəqəm 4 minə qədər artacaq. Festival zamanı yarışlar 12 müxtəlif idman qurğusunda təşkil olunacaq.
Yaşı 14-dın 18-ə qədər olan festival iştirakçıları 10 idman növündə qalib və mükafatçıların adlarına aydınlıq gətirəcək.
Yay olimpiya festivalının şüarı isə zirvələrə hazırıq olacaq. Yarış 20-28 iyul tarixləri aralığında təşkil olunacaq.

