Azərbaycanın daha bir paralimpiyaçısı qış idman növləri üzrə medal qazandı

6 Fevral 2019 00:10 Olimpiya oyunları 473
Azərbaycanın daha bir paralimpiyaçısı qış idman növləri üzrə medal qazandı

Azərbaycan paralimpiyaçısı Aytac Qasımova İranın paytaxtı Tehranda qış idman növləri üzrə keçirilən Asiya çempionatında iki medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Qasımova son yarış günündə snoubord slalom növündə gümüş, snoubord nəhəng slalomda isə bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan paralimpiyaçıları ilk dəfə qatıldıqları beynəlxalq yarışda, ümumilikdə, 4 medal qazanıblar. Bunadək xizəkçi Gülnar Rəhimova iki qızıl medala yiyələnib.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA