Paralimpiyaçılarımız ilk dəfə qış idman növü üzrə beynəlxalq yarışa qatılacaq

1 Fevral 2019 00:50 Olimpiya oyunları 497
Paralimpiyaçılarımız ilk dəfə qış idman növü üzrə beynəlxalq yarışa qatılacaq

Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə millimiz qış idman növü üzrə beynəlxalq yarışa qatılacaq.

Sportinfo.az xəbər verir ki, Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord) Asiya çempionatında iştirak etmək üçün Tehrana yola düşüblər .

Bu münasibətlə, milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov idmançıları qəbul edərək, onların hazırlıq vəziyyəti ilə maraqlanıb və ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

İdmançılarımız yarışa hazırlıq məqsədi ilə 14-25 yanvarda “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində təlim məşq toplantısı keçiblər.

2018-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində “Şahdağ Turizm Mərkəzi” QSC və dağ xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb.

Komanda üzvləri 31 oktyabr – 13 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində 1-ci təlim məşq toplantısında iştirak ediblər.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA