Yay Olimpiya Oyunları sayəsində işsizlərin sayı iki dəfə azalıb

16 Yanvar 2019 12:48 Olimpiya oyunları 506
Yay Olimpiya Oyunları sayəsində işsizlərin sayı iki dəfə azalıb

2016-cı il Yay Olimpiya Oyunları sayəsində Braziliyanın Rio-de-Janeyro şəhərində işsizlərin sayı iki dəfə azalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya institutlarından birinin apardığı iqtisadi araşdırmalara əsasən, hazırladığı hesabatda bildirilir.

Tədqiqatlar 2012 - 2015-ci illəri əhatə edib. Bu müddətdə Oyunların keçirildiyi Rio-de-Janeyroda iqtisadi yüksəlişin baş verdiyi təsbit olunub.

82 faiz artımın yeni iş yerlərinin açılması sayəsində reallaşdığı vurğulanır. 2012-ci ildə işsizlərin sayı 8,1 faiz olduğu halda, 2015-ci ildə bu göstərici 4,2 faizə düşüb.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçirilib. Azərbaycan Oyunlarda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA