"Belarus II Avropa Oyunlarının keçirilməsi məsələsində dəstək və məsləhətlərinə görə Azərbaycana minnətdardı".
Sportinfo.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.
“İyun ayının ikinci yarısında Belarusda keçiriləcək İkinci Avropa Oyunlarına azərbaycanlı dostlarımızı böyük məmnuniyyətlə gözləyirik.
Xatırladıram ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilərək idman, sülh, dostluq bayramına çevrilmişdi. Bütün bu dəyərləri Belarus torpağına da gətirmək istəyirik.
Həmin idman tədbirinin keçirilməsi məsələsində dəstək və məsləhətlərinə görə Azərbaycandakı dostlarımıza minnətdarıq”, – səfir vurğulayıb.

