Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu missiyaya Ukraynanın xalq artisti Ani Loraka həvalə olunub.
Onun səfir seçilməsi "Minsk-Arena"da keçirilən Rusiyanın "Qızıl Qramofon" mükafatının təqdim edilməsi mərasimində açıqlanıb.
II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq.
9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.

