2019-cu ildə keçiriləcək Avropa Oyunları üçün biletlər satışa çıxarıldı

3 Dekabr 2018 15:24 Olimpiya oyunları 566
2019-cu ildə keçiriləcək Avropa Oyunları üçün biletlər satışa çıxarıldı

Avropanın ilk multi-idman tədbirinin, Minsk 2019 Avropa Oyunlarının biletləri indi www.minsk2019.ticketpro.by saytında satılır.

Sportinfo.az xəbər verir ki, onlayn satışlar 1 dekabr 2018-ci il saat 12-də başlayıb (GMT +03:00) və hər hansı ölkənin sakinlərinə açıqdı.

Belorusiyada biletləri rəsmi bilet operatoru TicketPro və Avropada rəsmi resellerlər vasitəsilə əldə edilə bilər.

Rusiya Federasiyasında biletlər 15 dekabr 2018-ci ildə rəsmi bilet agenti www.ponominalu.ru vasitəsilə satışa çıxarılacaq.

Daha əvvəl bildirildiyi kimi, biletlərin qiyməti 2 Avro və 20 Avro arasındadı. Açılış mərasimi biletləri kateqoriyaya - VIP-ə uyğun olaraq 30-123 Avro arasında dəyişir. Bağlanma mərasiminin biletləri isə 14-61 avro arasındadı.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA