"Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər yeni tikililər var.
Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidi.
Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu addım həmin rayonlara sərmayələr gətirə bilər.

