PUL: Millimizə əlavə stimul - VİDEO

4 Noyabr 2018 09:39 Olimpiya oyunları 505
PUL: Millimizə əlavə stimul - VİDEO

Milli Olimpiya Komitəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında fərqlənmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib.

İlk olaraq Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” diqqətə çatdırılıb.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə olimpiya oyunlarında fərqlənən idmançılara və onların məşqçilərinə pul mükafatlarını təqdim ediblər.

Yeniyetmə idmançılarımız 2010-cu ildən olimpiya oyunlarında iştirak etsələr də, onlardan heç biri böyüklər arasında keçirilən olimpiadalarda mükafat qazana bilməyib.

Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə inanır ki, Argentinada keçirilmiş olimpiya oyunlarında fərqlənən idmançılar gələcəkdə bu uğurun davamını gətirəcək.

Sportinfo.az xəbər verir ki, Argentinaya yollanmış 17 idmançımızdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.

Cüdoçu Vüqar Talıbov və sərbəst güləşçi Turan Bayramov qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev gümüş, taekvondoçu Cavad Ağayev, boksçu Nurlan Səfərov və qadın güləşçi Şahanə Nəzərova bürünc medala sahib olub.

Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-cü yeri tutub.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA