Çempion borc əlindən qızıl medalını satışa çıxartdı

18 Oktyabr 2018 13:00 Olimpiya oyunları 560
Çempion borc əlindən qızıl medalını satışa çıxartdı

2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında yelkənli qayıq sürmədə qızıl medal qazanan israilli Qal Fridman qızıl medalını satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 41 yaşlı keçmiş idmançı sosial şəbəkə hesabında məlumat verib.

O, medalı satışa çıxardığını və pulu olan ciddi insanlarla danışıqlar aparmağa hazır olduğunu deyib. Borcları olan Fridman pula ehtiyacı olduğu üçün bu addımı atıb.

Fridman 2005-ci ildə verdiyi müsahibədə "Dünyada heç bir pul medalların yerini tuta bilməz" demişdi.

İisrailli idmançı 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında bürünc mükafat qazanmışdı.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA