Azərbaycanlı Olimpiadada gümüş medal qazandı - FOTO

13 Oktyabr 2018 14:24 Olimpiya oyunları 472
Azərbaycanlı Olimpiadada gümüş medal qazandı - FOTO

Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı atlet birdən 142 kq, təkanla 174 kq ağırlıq qaldırıb.

Nəticədə o, iki hərəkətin cəmində 316 kq nəticə göstərib və yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan 9 kq geri qalıb.

Babayev həm birdən, həm də təkanla qaldırmada da ikinci yeri tutub. Bürünc medalı isə 299 kq (130 kq + 169 kq) ümumi nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Ali Yusef Alotman əldə edib.

Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidr.

Şəxsi məşqçisi Şəfi Hüseynovdu. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA