Lalə Rzazadə Olimpiya Oyunlarında 6-cı oldu

12 Oktyabr 2018 09:00 Olimpiya oyunları 484
Lalə Rzazadə Olimpiya Oyunlarında 6-cı oldu

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb.

Sportinfo.az xəbər verir ki, qızların yarışında 58 kq çəki dərəcəsində Lalə Rzazadə körpücük üzərinə çıxıb.

O, Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşüb. Lalə birdən qaldırma hərəkətində 67 kq-ı ram edərək bu hərəkətdə 6-cı olub.

Atletimiz təkanla qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gəlməyi bacararaq bu hərəkətdə də 6-cı ola bilib.

Toplam 147 kq (67+80) nəticə göstərən Lalə Rzazadə bu çəkinin yekun sıralamasında 6-cı pilləni tutub.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA