Azərbaycanın yeniyetmə gimnastı olimpiya çempionu oldu

11 Oktyabr 2018 13:48 Olimpiya oyunları 527
Azərbaycanın yeniyetmə gimnastı olimpiya çempionu oldu

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub.

O,qarışıq qrup üzrə komanda yarışında qalib olub. Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır.

Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb.

Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medalı qazandırıblar. Bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA