IV Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşdi

9 Oktyabr 2018 19:24 Olimpiya oyunları 588
IV Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşdi

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarış 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq.

Qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) III Yay Olimpiya Oyunlarının keçirildiyi Argentinanın paytaxtı Buenos-Ayresdəki iclasında qəbul olunub.

Olimpiadanın Afrika qitəsində keçirilməsi qərarı isə IOC-un fevral ayındakı iclasında qəbul olunub. Seneqal bu yarışa ev sahibliyi etmək üçün yeganə namizəd olub.

Qurum oyunların Tunis, Botsvana və Nigeriyada da keçirlməsi variantlarını nəzərdən keçirib. Afrika qitəsi ilk dəfə böyük bir olimpiadaya ev sahibliyi edəcək.

IV Yay Olimpiya Oyunları 2022-ci ilin may və iyun aylarında baş tutacaq. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına oktyabrın 18-də yekun vurulacaq. Yarışda Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov olimpiya çempionu olub.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA