İşdən çıxarılan icra başçısı: stadionun qarovulçusunu döymüşdü... VİDEO

7 Oktyabr 2018 12:15 Olimpiya oyunları 868
İşdən çıxarılan icra başçısı: stadionun qarovulçusunu döymüşdü... VİDEO

Prezident İlham Əliyev Vaqif Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Vaqif Abdullayev barəsində ən çox şikayət eşidilən, qanunsuz əməlləri ilə tanınan məmurlardan idi.

Sportinfo.az xatırladır ki, 2018-ci ilin mayında sosial şəbəkələrdə Vaqif Abdullayev tərəfindən döyülüb burnu sındırılan qarovulçunun müraciəti yayılmışdı.

Həmin müraciətdə Beyləqanda tikilən Olimpiya Kompleksinin stadionunda qarovulçu işlərən Rahil Əliyev icra başçısı Vaqif Abdullayevin bərk sərxoş vəziyyətdə onu necə döydüyü, Qarabağda şəhid olan atasının ruhunu təhqir etdiyini danışırdı.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA